Konqoda BMT-nin iki əməkdaşı oğurlanıb

Konqoda BMT-nin iki əməkdaşı oğurlanıb
# 13 mart 2017 17:14 (UTC +04:00)

Konqo Demokratik Respublikasında naməlum şəxslər BMT-nin iki əməkdaşını oğurlayıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ və İsveç vətəndaşları olan BMT əməkdaşları ilə birgə dörd Konqo vətəndaşı da oğurlanıb.

Məlumata əsasən, hazırda güc strukturları və Konqo Demokratik Respublikasındakı BMT missiyası oğurlanan şəxslərin azad edilməsi istiqamətində tədbirlər həyata keçirir.

İnsidentin nə vaxt baş verdiyi açıqlanmır. BMT missiyası faktla bağlı hələ ki, şərh verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR