Türkiyədə 83 qeyri-qanuni miqrant saxlanılıb

Türkiyədə 83 qeyri-qanuni miqrant saxlanılıb
# 13 mart 2017 17:42 (UTC +04:00)

Türkiyə Sahil Mühafizəsi Çeşmədə dəniz yolu ilə İtaliyaya keçməyə cəhd edən 83 qeyri-qanuni miqrantı saxlayıb.

APA-nın “Hürriyet”-ə istinadən verdiyi xəbərə görə, onların əksəriyyətinin Suriya vətəndaşları olduğu bildirilir.

İlkin məlumata görə, miqrantların hər biri qanunsuz daşıyıcılara 5,5 ABŞ dolları ödəyib. Gəminin göyərtəsində həyata keçirilən əməliyyat zamanı miqrantların qanunsuz daşınmasında şübhəli bilinən 4 ekipaj üzvü saxlanılıb. Onlardan 3-nün ukraynalı olduğu qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR