Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində azı 1 nəfər ölüb, 19-u yaralanıb.
APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir.
Polis hadisə ilə əlaqədar 3 nəfəri saxlayıb.
Partlayışa görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
Qeyd edək ki, ilin əvvəlindən Əfqanıstanda 14 terror aktı törədilib.