Ağ Ev: "Tramp maaşını xeyriyyəçiliyə sərf edəcək"

Ağ Ev: "Tramp maaşını xeyriyyəçiliyə sərf edəcək"
# 14 mart 2017 03:52 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp illik maaşını xeyriyyəçiliyə sərf edəcək.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin mətbuat katibi Şon Spayser bəyan edib.

ABŞ prezidentinin illik məvacibi 400 min dollar təşkil edir.

Ötən ilin noyabrında, seçkilərdə qələbə qazandıqdan sonra Donald Tramp prezident məvacibindən imtina edəcəyini bəyan etmişdi: “Mən maaş almaq fikrində deyiləm. Qanuna uyğun olaraq məvacib almaq mütləqdirsə, ayda 1 dollar ala bilərəm”.

“Forbs” jurnalına görə, Donald Trampın sərvətinin 3,7 milyard dollar dəyərində olduğu təxmin edilir.

Qeyd edək ki, indiyədək ABŞ tarixində iki prezident - Herbert Quver və Con Kennedi məvaciblərini xeyriyyəçiliyə sərf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR