OPEC və ABŞ-ın açıqlayacağı statistika fonunda neftin qiymətləri sabitləşib

OPEC və ABŞ-ın açıqlayacağı statistika fonunda neftin qiymətləri sabitləşib
# 14 mart 2017 06:36 (UTC +04:00)

Dünya birjalarında neft yenidən bahalaşır.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar və ya 0,02% artaraq 48,41 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,04 dollar və ya 0,08% artaraq 51,39 dollar olub.

OPEC-in təşkilata üzv və üzv olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı tələblərə necə əməl etdiyini göstərən statistikasının gözləntiləri fonunda neftin qiymətində cüzi bahalaşma və sabitlik müşahidə edilir. Həmçinin, bazarın diqqəti ABŞ-ın Energetika Nazirliyinin neft ehtiyatları və hasilat göstəriciləri ilə bağlı statistikasına yönəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR