Yavər Camalov Pakistan səfirini qəbul edib

Yavər Camalov Pakistan səfirini qəbul edib
# 14 mart 2017 08:54 (UTC +04:00)

Müdafiə sənayesi naziri Yavər Camalov Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səid Xan Mohmandı qəbul edib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Y. Camalov Azərbaycanla Pakistan arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini bildirib, habelə səfirə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Pakistanın Azərbaycandakı hərbi attaşesi polkovnik Seyid İmran Əli görüşdə iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR