İrlandiyada göyərtəsində dörd nəfər olan helikopter yoxa çıxıb

İrlandiyada göyərtəsində dörd nəfər olan helikopter yoxa çıxıb
# 14 mart 2017 09:17 (UTC +04:00)

İrlandiyada göyərtəsində 4 ekipaj üzvü olan helikopter yoxa çıxıb.

APA-nın BBC-ə istinadən verdiyi məlumata görə, sahil mühafizəsi qüvvələrinə məxsus helikopter gecə saatlarda radarlardan itib.

Hadisə İrlandiyanın qərb sahili yaxınlığında baş verib. İtən helikopterlə əlaqə onun xilasetmə işləri aparan digər helikopterə dəstək verməsi zamanı itib.

Hazırda bir təyyarə və yerli balıqçı qayıqlar sahildən 10 km məsafədə ərazidə helikopterin axtarışlarını aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR