Azərbaycan prezidentinin Parisdə rəsmi qarşılanma mərasimi olub

Azərbaycan prezidentinin Parisdə rəsmi qarşılanma mərasimi olub
# 14 mart 2017 13:03 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin Parisdə rəsmi qarşılanma mərasimi olub.

APA-nın məlumatına görə, prezident İlham Əliyev Parisin Veteranlar meydanında yerləşən Ordu Muzeyinə gəlib.

Dövlət başçısını Fransanın kənd təsərrüfatı naziri, hökumətin sözçüsü Stefan Lö Fol qarşılayıb.

Ordu Muzeyinin yerləşdiyi Veteranlar meydanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycanın və Fransanın dövlət himnləri səslənib.

Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçib. Fəxri qarovul dəstəsinin rəisi dövləti başçısına raport verib.

Fransanın kənd təsərrüfatı naziri, hökumətin sözçüsü Stefan Lö Fol Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR