Ankara hələlik Niderlanddakı səfirini geri çağırmaq niyyətində deyil

Ankara hələlik Niderlanddakı səfirini geri çağırmaq niyyətində deyil
# 14 mart 2017 20:50 (UTC +04:00)

Ankara hazırkı mərhələdə Niderlanddakı səfirini geri çağırmayacaq. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bildirib.

Qeyd edək ki, bu gün Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu hakimiyyətdən Niderlanddakı səfiri geri çağırmağı tələb edib.

“Aydındır ki, ikitərəfli münasibətlər əvvəlki səviyyədə davam edə bilməz. Biz hazırda Niderlandın mövqeyini gözləyirik. Bununla belə, biz səfirimizi geri çağırmaq niyyətində deyilik”, - deyə Kurtulmuş qeyd edib.

Numan Kurtulmuş bundan əvvəl Niderland səfirinin ölkəyə girişinə, Niderlanddan Türkiyəyə diplomatik uçuşlara qadağa qoyulduğunu, Niderland nümayəndələri ilə yüksək səviyyədə görüşlərin ləğv olunduğunu bildirib. Kurtulmuş həmçinin parlamenti iki ölkə arasındakı dostluq sazişlərini ləğv etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR