"ASAN imza" sertifikatına sahib olan vergi ödəyicilərinin sayı açıqlanıb

"ASAN imza" sertifikatına sahib olan vergi ödəyicilərinin sayı açıqlanıb
# 15 mart 2017 07:11 (UTC +04:00)

2017-ci ilin fevral ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 30610 zəng cavablandırılıb. Nazirlikdən "APA-Economics"ə verilən xəbərə görə, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 400839 SMS, ikitərəfli mesaj xidmətinin istifadəçilərinə isə 71082 SMS göndərilib.

Fevral ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 432 761 daxilolma qeydə alınıb.

Vergi ödəyicilərinə xidmət strukturlarında 65 815 vətəndaş qəbul edilib və onlara 109 365 sayda xidmət göstərilib.

2017-ci ilin 1 mart tarixinə vergi ödəyicilərinə ümumilikdə 266 141 sayda "ASAN imza" sertifikatı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR