Hicran Hüseynova: “Gec-tez qaçqın və məcburi köçkünlər torpaqlarına qayıdacaqlar”

Hicran Hüseynova: “Gec-tez qaçqın və məcburi köçkünlər torpaqlarına qayıdacaqlar”
# 15 mart 2017 07:47 (UTC +04:00)

“Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva ilk müşavirəsini məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması və sosial problemlərinin həllinə həsr etdi. Bu, Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həllinin prioritet məsələlər sırasında yer aldığını bir daha təsdiqləyir”.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında çıxış edən Ailə, Qaldın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib. H. Hüseynova deyib ki, qaçqın və məcburi köçkünlərin, o cümlədən qaçqın və məcburi köçkün uşaqların, qadınların problemlərinin həlli diqqət mərkəzində olub :“Azərbaycanda qadınların sahibkarlıq sahəsində bacarıqlarının inkişafına yönəlik layihələr həyata keçirilib, qadın sahibkarlara dəstək verilib. Azərbaycanda təsdiqlənən strateji “yol xəritələri”ndə qadınların sahibkarlıq fəaliyyətinin genişləndirilməsi xüsusi diqqət mərkəzindədir. Regionlarda qadın sahibkarların fəaliyyətinin genişlənməsi də qarşıya qoyulan əsas məqsədlərdən biridir”.

Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycanda qadın sahibkarlara diqqət sayəsində qadınların cəmiyyətdə rolu artıb : “Bu, həm də gender bərabərliyinin təmin olunmasında mühüm rol oynayır”.

Dövlət Komitəsinin sədri gec-tez Azərbaycanın işğal olunmuş ərazilərinin azad ediləcəyinə, qaçqın və məcburi köçkünlərin torpaqlarına qayıdacağına inandığını vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR