Naxçıvanda tarixi adların əmtəə nişanı kimi istifadəsinə icazə verilməsinə dair qaydalar müəyyənləşdirilib

Naxçıvanda tarixi adların əmtəə nişanı kimi istifadəsinə icazə verilməsinə dair qaydalar müəyyənləşdirilib
# 15 mart 2017 08:49 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyası “Naxçıvan” Muxtar Respublikası ərazisində Azərbaycan xalqının tarixi adlarının, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələrin hüquqi və fiziki şəxslər tərəfindən əmtəə nişanı kimi istifadəsinə icazə verilməsi Qaydaları”nı təsdiq edib.


APA-nın məlumatına görə, bu qaydalar Naxçıvan ərazisində Azərbaycan xalqının tarixi adlarının, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələrin hüquqi və fiziki şəxslər tərəfindən əmtəə nişanı kimi istifadə olunmasına icazə verilməsi qaydasını müəyyən edir.

Qaydaya əsasən dövlət mülkiyyətində olan Azərbaycan xalqının tarixi adlarından, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələrdən istifadə rejimi Naxçıvan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən edilir. Dövlət mülkiyyətində olan Azərbaycan xalqının tarixi adlarından, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələrdən Naxçıvan Mədəniyyət və Turizm Nazirliyinin razılığı olmadan əmtəə nişanı kimi istifadə oluna bilməz. Əmtəə nişanı dedikdə, sahibkarın əmtəələrini və ya xidmətlərini digər əmtəələrdən və ya xidmətlərdən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşması başa düşülür. Azərbaycan xalqının tarixi adları, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələr əsasında əmtəə nişanları yaradıla bilər. Azərbaycan xalqının tarixi adlarından, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələrdən əmtəə nişanı kimi istifadə dedikdə, həmin ad və işarələr əsasında yaradılan əmtəə nişanlarının aid edildikləri əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə, reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, sərgi və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi nəzərdə tutulur. Azərbaycan xalqının tarixi adları, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələr dedikdə, "Mədəniyyət haqqında" qanunda göstərilən mədəniyyət sərvətləri nəzərdə tutulur. Naxçıvan ərazisində Azərbaycan xalqının tarixi adlarından, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələrdən hüquqi və fiziki şəxslər tərəfindən əmtəə nişanı kimi istifadə olunmasına Naxçıvan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icazə verilir.

Azərbaycan xalqının tarixi adları, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələr əsasında hazırlanmış əmtəə nişanından istifadə etmək istəyən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxs ərizəni və aşağıda göstərilən sənədləri təqdim edir:


- əmtəə nişanının eskizi;
- əmtəə nişanından istifadə edilməklə istehsal olunan məhsulun və ya xidmətlərin siyahısı.

Bütün sənədlər Azərbaycan dilində təqdim edilməlidir. Qeyd olunan adlar və xüsusi işarələrdən əmtəə nişanı kimi istifadə edilməsinə dair müraciətə 10 gün müddətində baxılır və Naxçıvan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş ekspert rəyindən sonra istifadəçiyə 10 gün ərzində müvafiq icazə verilir. Azərbaycan xalqının tarixi adlarından, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələrdən hüquqi və fiziki şəxslər tərəfindən əmtəə nişanı kimi istifadə olunmasına qanunvericiliklə müəyyən edilmiş qaydada icazə verilməyə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR