Mənuçöhr Mottaki: “Dünyaya real islamı göstərməliyik”

Mənuçöhr Mottaki: “Dünyaya real islamı göstərməliyik”
# 15 mart 2017 09:18 (UTC +04:00)

“İslam ekstremizm və terrorizmdən çox uzaqdır”.

APA-nın məlumatına görə, bunu Bakıda keçirilən "İslam həmrəyliyi: zamanın çağırışı" adlı beynəlxalq konfransda İranın keçmiş xarici işlər naziri Mənüçöhr Mottəki deyib. O bildirib ki, hazırda dünya islam adına terror fəaliyyətləri ilə üzləşir: “”Cəbhət əl Nüsra”, İŞİD, “Əl-Qaidə” və başqa təşkilatlar müxtəlif yerlərdən əsgərlər cəlb edir və islam adından çıxış edirlər. Biz real islamı, məntiqli birgəyaşayışı təbliğ edən islamı dünyaya göstərməliyik. İslam başqa dinləri birgəyaşayış üçün dəvət edir. Dünyada radikal təşkilatlar Əfqanıstan, Pakistan və digər ölkələrdən özünə əsgərlər toplayır. Bu, vəhhabizmə əsaslanır və dünya üçün ən təhlükəli hərəkatdır. Dinlərarası dialoq bütün dinlər üçün dəvətdir. Bu gün islama real dəstək verənlərə ehtiyac var. Azərbaycan xalqına və dövlətinə bu tədbirin təşkili üçün təşəkkür edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR