İranda ilaxır çərşənbə şənliklərində 2 nəfər ölüb, 1278 nəfər yaralanıb

İranda ilaxır çərşənbə şənliklərində 2 nəfər ölüb, 1278 nəfər yaralanıb
# 15 mart 2017 10:40 (UTC +04:00)

Martın 14-də İranın Tehran və İsfahan şəhərlərində ilaxır çərşənbə münasibətilə keçirilən şənliklərdə partlayıcı və yandırıcı maddələrdən istifadə nəticəsində 2 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisələrdə 1278 nəfər yaralanıb. Yaralananlardan bir neçəsinin vəziyyəti ağırdır.

İran polisinin Cinayətlərin qarşısının alınması idarəsinin sədri Məhəmməd Əşrəfi bildirib ki, ilaxır çərşənbə münasibətilə keçirilən şənliklərdə partlayıcı və yandırıcı maddələrdən istifadə edən 1389 kişi və 48 qadın saxlanılıb. Onlardan 959-u barəsində cinayət işi açılıb və iş məhkəmə göndərilib. Digərləri isə iltizam verərək sərbəst buraxılıblar.

Polis məmuru hadisələrdə təcili tibbi yardım, polis və yanğınsöndürən xidmətlərinin 46 əməkdaşının xəsarət aldığını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR