Jirinovski Dumanın tribunasından rəqiblərini hədələyib: "Prezident olanda sizi güllələyəcəyəm"

Jirinovski Dumanın tribunasından rəqiblərini hədələyib: "Prezident olanda sizi güllələyəcəyəm"
# 15 mart 2017 11:57 (UTC +04:00)

Rusiya Liberal Demokratlar Partiyasının sədri Vladimir Jirinovski prezident olacağı təqdirdə rəqiblərini güllələyəcəyini bəyan edib.

APA-nın “news.mail.ru”-ya istinadən verdiyi məlumata görə, o, Dövlət Dumasında çıxışı zamanı Moskva vilayətinin Ruza şəhərində partiyasının deputatlarına təzyiq edilməsinə etiraz edib: “Təzyiq nəticəsində deputatlar qorxublar və adlarını seçkiqabağı siyahıdan çıxarmaq məcburiyyətində qalıblar. Bəzi deputatlar Moskva vilayət rəhbərliyini dəstəkləyirlər. Gələn ilin martında seçkilərdən sonra Kremlə çıxanda sizi güllələyəcəyəm və asacağam, yaramazlar və əclaflar”.

Daha sonra partiyanın parlament fraksiyası tam tərkibdə zalı tərk edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR