FED: 2017-сi ildə uçot dərəcəsi daha iki dəfə artırılacaq

FED: 2017-сi ildə uçot dərəcəsi daha iki dəfə artırılacaq
# 15 mart 2017 20:09 (UTC +04:00)

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) bu il ərzində uçot dərəcəsini daha iki dəfə, təxminən 1,375%-dək artıracaq.

"APA-Economics"-in verdiyi xəbərə görə, bunu Açıq Bazar Əməliyyatları üzrə Komitə üzvlərinin əksəriyyəti proqnozlaşdırır.

Ötən ilin dekabrında FED 2017-сi ildə uçot dərəcəsinin 3 dəfə artırılacağını proqnozlaşdırmışdı.

“Artımı ABŞ iqtisadiyyatında vəziyyətin yaxşılaşması və prezident Donald Trampın iqtisadi siyasət üzrə təklifləri labüd edəcək”, deyə FED-in fevralın sonunda yaydığı məlumatda bildirilirdi.

Qeyd edək ki, bu gün FED uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1% faizə qədər artırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR