Şəmkirdə 49 yaşlı qadın döyülüb

Şəmkirdə 49 yaşlı qadın döyülüb
# 15 mart 2017 20:23 (UTC +04:00)

Şəmkirdə döyülmə faktı qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Könüllü kənd sakini, 1968-ci il təvəllüdlü Minarə Qədi qızı Namazova qapalı kəllə beyin travması və müxtəlif bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadın qonşusu və qohumu olan şəxs tərəfindən torpaq üstündə yaranan mübahisə zamanı döyülüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR