Gürcüstanda azərbaycanlının evi yarılıb

Gürcüstanda azərbaycanlının evi yarılıb
# 15 mart 2017 21:14 (UTC +04:00)

Telavi rayonundakı azərbaycanlıların kompakt yaşadığı Qaracalar kəndində oğurluq hadisəsi baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, üç nəfər maskalı şəxs soyğunçuluq məqsədilə kənd sakini Camal Kamaloğlunun evinə giriblər. Soyğunçular ev sahibini döyərək onun evindən bir ov tüfəngi və 500 lari məbləğində pul götürüblər.

Hadisədən xəbər tutan polis şübhəli bilinən üç nəfəri saxlayıb. Məlumata görə, saxlanılan şəxslər həmin kəndin sakinləridir. Hazırda hadisə ilə bağlı cinayət işi qaldırılıb. Gürcüstan CM-nin 179-cu (oğurluq etmə) maddəsinə əsasən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR