Niderlandda parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

Niderlandda parlament seçkilərinin ilkin nəticələri açıqlanıb
# 15 mart 2017 22:02 (UTC +04:00)

Niderlandda martın 15-də keçirilmiş parlament seçkisinin ilk nəticələri məlum olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ekzit-polların nəticələrinə əsasən, seçkilərdə baş nazir Mark Rüttenin rəhbərlik etdiyi "Azadlıq və Demokratiya Uğrunda Liberal Xalq" partiyası qalib gəlir. Partiya 150 yerlik parlamentdə 31 mandat qazanıb.

Gert Vildersin rəhbərlik etdiyi "Azadlıq", həmçinin “Xristian-Demokrat Çağırışı” partiyası və “Demokratlar – 66” bloku hərəyə 19 mandat qazana biliblər.

Qeyd edək ki, Niderland parlamentinin aşağı palatası 150 deputatdan ibarətdir. Ölkədə hökumət parlament çoxluğu tərəfindən formalaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR