Venesuelada fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb

Venesuelada fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb
# 15 mart 2017 22:16 (UTC +04:00)

Venesuela prezidenti Nikolas Maduro yenidən ölkədə 60 günlük fövqəladə iqtisadi vəziyyətin tətbiq edilməsi haqqında qərar qəbul edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Venesuela hökumətinin yaydığı açıqlamada bildirilir.

Məlumata əsasən, fövqəladə vəziyyətin tətbiqi ölkə vətəndaşlarının təhsil, səhiyyə, əmlak və s. sosial hüquqlarının müdafiəsinə yönəlib. Venesuelada fövqəladə iqtisadi vəziyyət rejiminin müddəti ardıcıl olaraq 6-cı dəfədir ki, uzadılır.

Qeyd edək ki, son illər dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi Venesuelada siyasi və iqtisadi böhrana səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR