Gəncə sakini bıçaqlanıb

Gəncə sakini bıçaqlanıb
# 15 mart 2017 23:08 (UTC +04:00)

Gəncədə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

Şəhərin Məhsəti qəsəbəsində yaşayan 1988-ci il təvəllüdlü Razim Nazim oğlu Allahverdiyev mübahisə zəminində bıçaqlanaraq xəstəxanaya yerləşdirilib.

Döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarəti alan R. Allaverdiyev əməliyyat olunub.

Vəziyyətinin orta ağır olduğu bildirilir. Cinayətin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR