Türkiyənin BMT-dəki daimi nümayəndəsi: "Niderland Vyana konvensiyasını pozub"

Türkiyənin BMT-dəki daimi nümayəndəsi: "Niderland Vyana konvensiyasını pozub"
# 16 mart 2017 02:35 (UTC +04:00)

Türkiyə Niderland tərəfindən beynəlxalq hüququn pozulması barədə BMT-yə məlumat verib.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Feridun Sinirlioğlunun baş katib Antoniu Quterreşə unvanladığı notada bildirilir.

Sənəddə qeyd olunub ki, Niderland Türkiyənin ailə və sosial siyasət naziri Fatma Bətul Sayanın ölkədən çıxartmaqla diplomatik münasibətlərə dair Vyana konvensiyasını pozub: "Diplomatik əlaqələr haqqında" Vyana Konvensiyasının 22, 26, 29 və 37-ci maddələri, “Konsulluq əlaqələri haqqında" Vyana Konvensiyasının isə 5, 34, 36, 40, 41 və 43-cü maddələri açıq şəkildə pozulub".

Xatırladaq ki, martın 11-də Niderland hakimiyyəti Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməyib, ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanı isə Türkiyənin Rotterdamdakı konsulluğuna buraxmayaraq ölkədən çıxarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR