ABŞ Ukraynada islahatların aparılmasına 54 milyon dollar ayırıb

ABŞ Ukraynada islahatların aparılmasına 54 milyon dollar ayırıb
# 16 mart 2017 03:52 (UTC +04:00)

ABŞ Ukraynada islahatların aparılmasına 54 milyon dollar ayırıb.

APA-nın “112 Ukrayna”-ya istinadən verdiyi xəbərə görə, müvafiq hökumətlərarası müqaviləni Ukrayna baş nazirinin müavini Stepan Kubiv və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi missiyasının rəhbəri Syüzen Frits imzalayıb.

S.Kubivin sözlərinə görə, maliyyə vəsaiti ilk növbədə korrupsiya ilə mübarizə, demokratiyanın inkişafı və enerji sahəsinə yönələcək.

Xatırladaq ki, ABŞ-ın müdafiə büdcəsinin 2017-ci il üçün layihəsində Ukrayna silahlı qüvvələrinə dəstək məqsədi ilə 150 milyon dolların ayrılması nəzərdə tutulur. Bu məbləğ ölkənin hərbi büdcəsinə Konqresin aşağı palatası olan Nümayəndələr Palatası tərəfindən əlavə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR