"Fitch": Bu il Azərbaycanın bir çox banklarının reytinqi üzrə proqnoz neqativ olacaq

"Fitch": Bu il Azərbaycanın bir çox banklarının reytinqi üzrə proqnoz neqativ olacaq
# 16 mart 2017 06:54 (UTC +04:00)

Milli valyutanın devalvasiyasının Azərbaycan banklarına yaratdığı çətinliklər, aktivlərin keyfiyyətinin zəif olması səbəbindən bankların davamlı olaraq kapital çatışmazlığı ilə üzləşməsi, yüksək dollarlaşma və valyuta uyğunsuzluğu prosesi davam edir. "APA-Economics" xəbər verir ki, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin bu gün Bakıda keçirilən VI illik konfransında məlumat verilib.


Agentliyin mütəxəssisləri hesab edir ki, 2017-ci ildə bank sektorunun itkiləri davam edəcək və Azərbaycanın bir çox bankları üçün reytinq proqnozu neqativ olacaq.

"2016-cı ilin sonuna ölkədə qeyri-işlək aktivlərinin həcmi ümumi kredit portfelinin 21%-nə çatıb. Halbuki, bu göstərici 2015-ci ildə 12% təşkil edib. Biz xarici valyutada olan kreditlərin 2017-ci ildə də böyük təzyiq yaradacağını planlaşdırırıq. Bundan başqa, bu il kredit portfelinin 5% azalacağını proqnozlaşdırırıq. Aktivlərin keyfiyyətinin aşağı olması və xarici valyuta riskləri səbəbindən yaranan kapital çatışmazlığı 2017-ci ildə bir çox banklara mənfi təsir edəcək və sektorda sağlamlaşdırma tədbirləri görüləcək", - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR