Bakıda gənc yazar özünü 17-ci mərtəbədən atıb - YENİLƏNİB

Bakıda gənc yazar özünü 17-ci mərtəbədən atıb - <span style="color: red;">YENİLƏNİB
# 16 mart 2017 07:18 (UTC +04:00)

Bakıda intihar hadisəsi baş verib.

Paytaxtın Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə 7-ci mikrorayonda, Axundov küçəsində qeydə alınıb.

Binəqədi rayonunda yaşayan 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M. Abdullayev hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qohumlarının APA-ya verdiyi məlumata görə, intihar edən M. Abdullayev gənc yazardır.

O, ədəbi aləmdə Mövlud Mövlud imzası ilə tanınıb.

M. Abdullayev iş yerinin yaxınlığındakı yarımçıq tikilinin 17-ci mərtəbəsindən özünü atıb. İntiharın səbəbi hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR