"Fitch": Manata inam mütləq bərpa olunmalıdır

"Fitch": Manata inam mütləq bərpa olunmalıdır
# 16 mart 2017 08:04 (UTC +04:00)

"Azərbaycan manatına inam mütləq şəkildə bərpa olunmalıdır". "APA-Economics" xəbər verir ki, bunu "Fitch" beynəlxalq reytinq agentliyinin suveren ölkələr üzrə departamentin baş direktoru Paul Qambl deyib.


Onun sözlərinə görə, 2016-cı ildə neft qiymətlərinin tədricən artmasına baxmayaraq, manatın məzənnəsi zəifləyib. "Bizim manatın taleyi ilə bağlı qeyri-müəyyənliyimiz davam etməkdədir. Bu da manata olan inamı bir az da azaldır. Buna görə də hal-hazırda manata olan inamın bərpa olunması əsas məsələdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR