MBNP: Bankların kapital mövqeyi xarici şoklara həssas olaraq qalır

MBNP: Bankların kapital mövqeyi xarici şoklara həssas olaraq qalır
# 16 mart 2017 09:31 (UTC +04:00)

"2016-cı ildə Azərbaycanın bank sektorunda aktivlərin azalmasını müşahidə etdik. Ötən il bankların aktivləri 10% azaldı. Amma hazırda vəziyyət sabitləşib". "APA-Economics" xəbər verir ki, bunu "Fitch" beynəlxalq reytinq agentliyinin bu gün Bakıda keçirilən VI illik konfransında Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Strateji xidmətlər departamentinin Prudensal siyasət və metodologiya şöbəsinin müdiri Rüstəm Tahirov deyib.

Onun sözlərinə görə, ötən il fərdi əmanətlər üzrə azalma, biznes əmanətləri üzrə isə artım qeydə alınıb: "Fərdi əmanətlərin azalması bank sektoruna inamın azalması ilə bağlı deyil. Fərdi əmanətlərin azalması aşağı gəlirləri olan insanların ehtiyaclarının ödənilməsi ilə bağlıdır. Başqa sözlə, ötən il əmanətlərin azalması bank sektoruna inamın aşağı düşməsi ilə bağlı olmayıb. Hazırda bu sahədə də sabitləşmə meylləri müşahidə edilir".

R.Tahirov bankların kapital mövqeyindən də danışıb: "Bankların kapital mövqeyi xarici şoklara daha həssas olaraq qalır. Hesab edirik ki, banklar kapitallaşma siyasətini davam etdirməlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR