Gürcüstan prezidenti: "Biz təcavüzü pisləməli, buna göz yummamalıyıq"

Gürcüstan prezidenti: "Biz təcavüzü pisləməli, buna göz yummamalıyıq"
# 16 mart 2017 09:33 (UTC +04:00)

"30 il əvvələ qayıtsaq və dünyanın gələcəyi barədə düşüncələrimizə baxsaq, görərik ki, o zaman düşüncələrimiz daha optimist idi".

APA-nın məlumatına görə, bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili V Qlobal Bakı Forumu çərçivəsində "Beynəlxalq münasibətlərin gələcəyi" mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.

"Biz düşünürdük ki, "soyuq müharibə"nin sonu daha çox imkanlar, sülh, əməkdaşlıqlar yaradacaq. Amma bu gün elə bir dünyanın şahidiyik ki, terrorizm, qırğınlar, müharibələr var", - deyə o bildirib.

G. Marqvelaşvili qeyd edib ki, ölkəsi qlobal təhlükəsizlik və sabitlik prosesinin tərəfdaşı olub: "Biz beynəlxalq əməkdaşlığa inanırıq. Bu qloballaşmış dünya sizin öz vətəninizin sabitliyinə də gətirib çıxaracaq. Biz Əfqanıstanda və Afrikada missiyalarda iştirak edirik. Gürcüstan ərazisi öz qonşusu, güclü nüvə ölkəsi olan Rusiya ordusu tərəfindən işğal olunub. Bizim ölkə qlobal təhlükəsizliyə töhfə versə də, özü də bundan əziyyət çəkir.

Gürcüstan ərazisi işğal olunandan sonra eyni böhran Krımda da baş verdi, biz Ukraynada da bununla üzləşirik. Belə hallar bütün ölkələr üçün təhdiddir. Biz təcavüzü pisləməli, buna göz yummamalıyıq. Biz qlobal dünyanı sülh şəraitində saxlamaq istəyiriksə, beynəlxalq hüquqa inanmalıyıq.

Gürcüstan Azərbaycan və Türkiyəyə açıq partnyorluq təklif edirik və gələcək inkişaf layihələrinə hazırdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR