Ruhanilər Birliyinin üzvünün apellyasiya şikayətinə baxılıb

Ruhanilər Birliyinin üzvünün apellyasiya şikayətinə baxılıb
# 16 mart 2017 09:48 (UTC +04:00)

Şirvan Apellyasiya Məhkəməsində Azərbaycan Ruhanilər Birliyinin üzvü, maide.az saytının baş redaktoru Sərdar Hacıhəsənlinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA-nın xəbərinə görə, hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə S. Hacıhəsənlinin şikayəti təmin olunmayıb.

Qeyd edək ki, məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 168-1.3–cü (İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan vətəndaşı tərəfindən aparılması yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılması) maddəsilə ittiham olunan S. Hacıhəsənli barəsində 1 aylıq həbs qətimkan tədbiri seçilib. O, barəsində seçilmiş həbs qərarının dəyişdirilməsi xahişi ilə apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR