Azərbaycanın I vitse-prezidenti Makedoniyanın birinci xanımı ilə görüşüb

Azərbaycanın I vitse-prezidenti Makedoniyanın birinci xanımı ilə görüşüb
# 16 mart 2017 11:14 (UTC +04:00)

Azərbaycan birinci vitse-prezidenti Mehriban Əliyeva V Qlobal Bakı Forumunda iştirak edən Makedoniyaın birinci xanımı Maya İvanova ilə görüşüb.

APA-nın məlumatına görə, M. İvanovanı Bakıda görməkdən məmnun olduğunu deyən M. Əliyeva V Qlobal Bakı Forumunda müzakirə olunan məsələlərin aktuallığını qeyd edib.

M. İvanova isə M. Əliyevanı Azərbaycanın birinci vitse-prezidenti təyin edilməsi münasibətilə təbrik edib, onun gördüyü işləri yüksək qiymətləndirib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Makedoniyada uşaqların və qadınların sosial problemlərinin həlli ilə bağlı Mərkəzin fəaliyyətindən danışan M. İvanova Azərbaycanın birinci vitse-prezidentinin bu sahədəki təcrübəsini qeyd edib, əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. M. İvanova M. Əliyevanı Makedoniyaya səfərə dəvət edib.

Dəvətə görə təşəkkürünü bildirən Azərbaycanın birinci vitse-prezidenti birgə layihələrin həyata keçirilməsinin səmərəli olacağını bildirib.

Görüşdə səhiyyə, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR