Binəqədi-Mehdiabad yolunda hərəkət məhdudlaşdırılır

Binəqədi-Mehdiabad yolunda hərəkət məhdudlaşdırılır
# 16 mart 2017 11:30 (UTC +04:00)

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Binəqədi-Mehdiabad avtomobil yolunda martın 17-dən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən “APA-Economics”ə verilən məlumata görə, məhdudlaşdırma səhər saatlarından tətbiq ediləcək və bir-neçə gün davam edəcək.

Sürücülər alternativ olaraq Binəqədi-Novxanı və Binəqədi-Balaxanı avtomobil yollarından istifadə edə bilərlər.

Sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmaları xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR