Ərəb Liqasının sabiq baş katibi: "Hamımız ehtiyatlı olmalıyıq, gələcək naməlumdur"

Ərəb Liqasının sabiq baş katibi: "Hamımız ehtiyatlı olmalıyıq, gələcək naməlumdur"
# 16 mart 2017 12:27 (UTC +04:00)

"Sonuncu prezident seçkilərindən sonra ABŞ kimi super güc kimi hələ özü öz siyasətini müəyyənləşdirməyib. Biz hamımız ehtiyatlı olmalıyıq. Çünki gələcək naməlumdur".

APA-nın xəbərinə görə, bunu Ərəb Liqasının sabiq baş katibi Əmr Musa V Qlobal Bakı Forumu çərçivəsində "Transatlantik münasibətlərin gələcəyi: Siyasi realizmə qayıdış" mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.


"Biz həqiqətən keçid dövründəyikmi?! Avropa İttifaqının özünün 11 problemi var. Dünyada yoxsulluq, korrupsiya halları yayılıb. Biz bütün bu problemlərlə işimizi bitirmişikmi?! Qeyd etməliyəm ki, Birləşmiş Millətlər Təşkilatı bir medalın iki tərəfidir. UNESCO, FAO bu medalın yaxşı tərəfi, təhlükəsizlik məsələsi qara tərəfidir", - deyə Ə. Musa qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR