Almaniyadan Azərbaycana qaçaqmalın gətirilməsinin qarşısı alınıb

Almaniyadan Azərbaycana qaçaqmalın gətirilməsinin qarşısı alınıb
# 16 mart 2017 12:52 (UTC +04:00)

Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Almaniyadan Azərbaycana sərbəst dövriyyə üçün gətirilən və Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz" markalı yük nəqliyyat vasitəsində olan "Mercedes-Benz Sprinter" markalı avtomobilə gömrük baxışı keçirilib.


Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı, avtomobilin yük yerində gömrük orqanına bəyan olunmayan və yükün müşayiət sənədlərində göstərilməyən 49 adda yeyinti məhsullu, müxtəlif yuyucu vasitələr, spirtsiz içkilər və şirələr, dezodorantlar və 4 ədəd velosiped aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR