Prokuror evdən xeyli miqdarda pul və qızıl oğurlayan şəxslərə cəza istəyib

Prokuror evdən xeyli miqdarda pul və qızıl oğurlayan şəxslərə cəza istəyib
# 16 mart 2017 13:33 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Fərid Əhmədov və Nigar Ağayevanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərin hər birinin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses martın 30-da davam edəcək.

Qeyd edək ki, F.Əhmədov və N.Ağayeva ötən ilin iyunun 10-da Bakı şəhər sakini Səadət Səmədovaya məxsus evdən 3500 manat və 500 avro pul, habelə 50 min manat dəyərində qızıl əşyalar oğurlamaqda təqsirli biliniblər.

Onlar Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR