Dolların sabaha olan məzənnəsi açıqlanıb

Dolların sabaha olan məzənnəsi açıqlanıb
# 16 mart 2017 14:15 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) martın 17-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7202 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, bu gün AMB-də Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1,7202 səviyyəsində formalaşıb. Beləliklə, bugünkü hərracda manat dollara nisbətən 0,46% bahalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR