Azərbaycan prezidenti İlham Əliyevin əfv etdiyi şəxslər arasında bir sıra tanınmışların adları var.
APA-nın məlumatına görə, əfv olunanlardan - Rüfət və Rövşən Zahidovlar hazırda Fransada yaşayan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qohumlarıdır.
Digər əfv olunanlar Elvin Abdullayev və Əbdül Əbilov “NİDA”çı, Nazim Ağabəyov isə bloger Emin Millinin qaynıdır.