Avropa Liqasında bütün 1/4 finalçılar bəlli olub

Avropa Liqasında bütün 1/4 finalçılar bəlli olub
# 17 mart 2017 00:36 (UTC +04:00)

UEFA Avropa Liqasında 1/8 finalın cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutan qarşılaşmalardan sonra 1/4 finala yüksələn bütün komandaların adlarına aydınlıq gəlib.

8 oyundan 3-ü saat 22:00-da start götürüb ki, bu matçlarda “Beşiktaş” “Olimpiakos”u, “Krasnodar” “Selta”nı, “Genk” isə “Gent”i qəbul edib.

Yunanıstandan sərfəli nəticə ilə dönən İstanbul təmsilçisi möhtəşəm qələbə ilə 1/4 finala adlayıb. Hətta matçın gedişində 10 nəfərlə qalmaq da "Beşiktaş"a mane olmayıb.

“Selta” isə Rusiyada 2 cavabsız qola sevinib.

“Genk” – “Gent” cütlüyündə isə bərabərlik meydan sahiblərinin növbəti mərhələyə yüksəlməsinə mane ola bilməyib.

Saat 00:05-də start götürən oyunlarda isə azarkeşlər gərgin rəqabətə şahidlik ediblər. "Mançester Yunayted" doğma meydanda "Rostov"u tək qolla keçib.

"Ayaks" da qələbə qazananlardan olub - 2:0.

"Lion" "Roma"ya 1:2 hesabı ilə uduzsa da, doğma meydandakı qələbə fransızları üstün edib.

Almaniya derbisini isə "Şalke" qazanıb. Doğma meydanda 1:1 ilə razılaşan helzenkirhenlilər səfərdə əldəetdiyi 2:2-lik heç-heçə ilə 1/4 finala çıxıb.

UEFA Avropa Liqası

1/8 final, cavab görüşləri

16 mart

“Beşiktaş” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan) - 4:1

Qollar: Abubakar, 10, Babel, 22, 75, Cenk, 84 - Elyunussi, 31

İlk oyun - 1:1

“Krasnodar” (Rusiya) – “Selta” (İspaniya) - 0:2

Qollar: Mallo, 52, Aspas, 80

İlk oyun - 1:2

“Genk” (Belçika) – “Gent” (Belçika) - 1:1

Qol: Kastanye, 20 - Verstraet, 84

İlk oyun - 5:2

“Borussiya” (Mönhenqladbax, Almaniya) – “Şalke” (Almaniya) - 2:2

Qollar: Kristensen, 26, Dahud, 45+2 - Qoreçka, 54, Bantelab, 68

İlk oyun - 1:1

“Anderlext” (Belçika) – APOEL (Kipr) - 1:0

Qol: Açemponq, 65

İlk oyun - 1:0

“Ayaks” (Hollandiya) – “Kopenhagen” (Danimarka) - 2:0

Qollar: Traore, 23, Dolberq, 45+3

İlk oyun - 1:2

“Roma” (İtaliya) – “Lion” (Fransa) - 2:1

Qollar: Strutman, 18, Tusart, 68 - Diaxabi, 16

İlk oyun - 2:4

“Mançester Yunayted” (İngiltərə) – “Rostov” (Rusiya) - 1:0

Qol: Mata, 70

İlk oyun - 1:1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR