Moskvada həmyerlilərini girov götürərək pul tələb edən azərbaycanlıların məhkəməsi başlayır

Moskvada həmyerlilərini girov götürərək pul tələb edən azərbaycanlıların məhkəməsi başlayır
# 17 mart 2017 07:07 (UTC +04:00)

Moskva şəhəri Naqatinsk rayon məhkəməsində adam oğurluğu və zorakılıqda təqsirləndirilən Azərbaycan vətəndaşı, 29 yaşlı Cəmil Xəlilov, Kostroma vilayətinin 41 yaşlı sakini Elçin Hüseynov və Belarus vətəndaşı, 25 yaşlı Ruslan Xəlilov barəsində cinayət işi üzrə məhkəmə başlayır.

APA-nın xəbərinə görə, Moskva Şəhər Prokurorluğunun məlumatında bildirilir ki, təqsirləndirilənlər 2016-cı ilin martında tanışları, Moskvada yaşayan 30 yaşlı Azərbaycan vətəndaşını oğurlayaraq, buraxılması üçün pul tələb ediblər.

Onlardan biri zərərçəkənin evinin qarşısında gözləyib, o, evdən çıxanda bıçaqla hədələyərək zorla maşına oturdub.

"Qurbanlarını Moldaqulova küçəsində yerləşən mənzildə zorla saxlayan təqsirləndirilən şəxslər qurbanlarının baş və bədən nahiyəsinə çoxsaylı zərbələr vurub, onu döyüblər. Onlar girovun buraxılması müqabilində qohumlarından 300 min rubl tələb ediblər. Lakin girov götürülmüş şəxs özü mənzildən qaça bilib və bu barədə polisə xəbər verib", - istintaq materialında bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR