Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib
# 17 mart 2017 08:29 (UTC +04:00)

Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

"APA-Economics" xəbər verir ki, iclasda "Fitosanitar nəzarəti haqqında", "Ekoloji təmiz kənd təsərrüfatı", "Çayçılıq haqqında", "Üzümçülük və şərabçılıq haqqında", "Taxıl haqqında”, “Yeyinti məhsulları haqqında”, "Toxumçuluq haqqında" qanunlarına əlavə və dəyişikliklər ilə bağlı qanun layihələri müzakirə edilib.


İclasda Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsi müdirinin müavini - aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə əlavə və dəyişikliklər barədə məlumat verib. Onun sözlərinə görə, sözügedən layihələr "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" qanuna uyğunlaşdırmaq məqsədi ilə hazırlanıb.

Qanun layihələri səsə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR