İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib - YENİLƏNİB

İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib  - <span style="color: red;">YENİLƏNİB
# 17 mart 2017 09:40 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, M. Vaezi Novruz bayramı münasibətilə prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini çatdırıb.

Dövlət başçısı öz növbəsində bayram münasibətilə rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezini və İran xalqını təbrik edib.

Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu məmnunluqla qeyd edilib, Azərbaycan prezidenti İlham Əliyevin İrana uğurlu rəsmi səfərinin önəmi vurğulanıb.

Söhbət zamanı Şimal-Cənub nəqliyyat dəhlizinin icra vəziyyəti, bank sektorunda əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

*** 11.34

Azərbaycan prezidenti İlham Əliyev martın 17-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezini qəbul edib.

APA-nın məlumatına görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR