Kvasnevski: “BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmədən irəliləyiş şansı görmürəm”

Kvasnevski: “BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmədən irəliləyiş şansı görmürəm”
# 17 mart 2017 08:53 (UTC +04:00)

“Mən 1995-2005-ci illərdə Polşanın prezidenti olarkən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə iştirak edirdim”.

APA-nın məlumatına görə, bu sözləri Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski deyib. O bildirib ki, Polşa Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edib: "Münaqişənin həlli ilə bağlı hansısa həllə və bu dramın sona çatdırılmasına nail olmağa çalışırdıq. Çox təəssüf ki, illər keçsə də, vəziyyət dəyişməyib. Uzun illərdir ki, münaqişə dondurulmuş münaqişəyə çevrilib. BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmədən mən irəliləmə şansı görmürəm. Çox optimist deyiləm, lakin hesab edirəm ki, dünya ictimaiyyətindən və BMT TŞ-dən tələb etmək lazımdır ki, bu qərarların yerinə yetirilməsi üçün mümkün olan hər şeyi etsinlər. Bu, bir nömrəli vacib addımdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR