Oqtay Əsədov: “Prezidentin siyasəti nəticəsində dünya iqtisadiyyatındakı mənfi proseslərin ölkəyə təsirini azaltmaq mümkün olub”

Oqtay Əsədov: “Prezidentin siyasəti nəticəsində dünya iqtisadiyyatındakı mənfi proseslərin ölkəyə təsirini azaltmaq mümkün olub”
# 17 mart 2017 09:12 (UTC +04:00)

“Ötən il dünya iqtisadiyyatında qeyri-müəyyən vəziyyət davam edib. Azərbaycan prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dünya iqtisadiyyatında cərəyan edən mənfi proseslərin ölkə iqtisadiyyatına təsirinin azaldılması mümkün olub”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov plenar iclasda Nazirlər Kabinetinin 2016-cı il üzrə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı deyib. O bildirib ki, ötən il ÜDM artımı baş verməsə də, bəzi sahələrdə ÜDM artıb: “ÜDM istehsalında qeyri-neft sektorunun payı 63,4 faiz təşkil edib. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının “doing biznes” hesabatında işgüzar mühitin əlverişliliyinə görə Azərbaycan 190 ölkə arasında 65-ci yerdə qərarlaşıb. Dörd göstərici üzrə Azərbaycan ilk pillələrdə yer alıb. Ötən il sosial infrastruktur layihələrinin həyata keçirilməsinə 15 milyard manat vəsait yatırılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR