Kəmaləddin Heydərov Ağdaşda vətəndaşları qəbul edib

Kəmaləddin Heydərov Ağdaşda vətəndaşları qəbul edib
# 17 mart 2017 09:15 (UTC +04:00)

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov martın 17-də Ağdaş rayonunda vətəndaş qəbulu keçirib.

APA-nın yerli bürosunun xəbərinə görə, nazir FHN-in Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Mingəçevir və Naftalan şəhərlərinin, Ağdaş, Yevlax, Goranboy rayonlarının sakinlərini, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edib.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri ilə bağlı 194, digər məsələlərlə bağlı müraciət etmiş 77 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR