Azərbaycan prezidenti Səudiyyə Ərəbistanı şahzadəsini qəbul edib - YENİLƏNİB

Azərbaycan prezidenti Səudiyyə Ərəbistanı şahzadəsini qəbul edib - <span style="color: red;">YENİLƏNİB
# 17 mart 2017 10:46 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysalı qəbul edib.

APA-nın məlumatına görə, prezident İlham Əliyev Səudiyyə Ərəbistanı şahzadəsinin V Qlobal Bakı Forumunda iştirakının əhəmiyyətini vurğulayaraq bunu ölkələrimiz arasında əməkdaşlıq və dostluq əlaqələrinin yaxşı göstəricisi kimi dəyərləndirib.

T. Al-Faysal isə V Qlobal Bakı Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd edib. O, Azərbaycandakı qonaqpərvərliyin və Bakının ecazkar gözəlliyinin onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd edib, İçərişəhərdə aparılan bərpa işlərinin onda böyük maraq doğurduğunu deyib.

Dövlət başçısı ölkəmizdə son illər tarixi irsin qorunması və müasir arxitektura nümunələrinin yaradılması istiqamətində mühüm işlərin həyata keçirildiyini vurğulayıb.

*** 12.20

Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysalı qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR