Dövlət qulluğuna qəbul qaydaları tam təsdiqləndikdən sonra imtahan qiymətləri ilə bağlı Tarif Şurasına müraciət ediləcək

Dövlət qulluğuna qəbul qaydaları tam təsdiqləndikdən sonra imtahan qiymətləri ilə bağlı Tarif Şurasına müraciət ediləcək
# 17 mart 2017 09:41 (UTC +04:00)

Azərbaycanda dövlət qulluğuna qəbul qaydalarının bir qismi, test imtahanları və ya sertifikatların verilməsi ilə bağlı qaydalar təsdiq edilib. APA-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, hazırda müsahibə ilə əlaqədar qaydaların təsdiqlənməsi gözlənilir. Onun sözlərinə görə, dövlət qulluğuna qəbul qaydaları tam təsdiqləndikdən sonra imtahanların qiymətləri ilə bağlı Tarif Şurasına müraciət ediləcək.

M.Abbaszadə yardımçı vəzifələr üzrə dövlət qulluğuna qəbul zamanı imtahanlarının hansı formada təşkil edilməsi ilə bağlı suala cavabında deyib ki, bu, mövcud qaydalar təsdiq edildikdən sonra müəyyənləşəcək: “Bu il üçün dövlət qulluğuna qəbul qaydaları tam təsdiqlənəcək və imtahanları həyata keçirmək mümkün olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR