Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb
# 17 mart 2017 10:08 (UTC +04:00)

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 16-da saat 20 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Aydın Mehdiyev idarə etdiyi "Volksvagen" markalı avtomobillə yolu keçən Masallı rayon sakini Şavər Nuriyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR