Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 3% azalıb

Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 3% azalıb
# 17 mart 2017 11:06 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2016-cı ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,6% azalaraq 1215,6 mln. manat olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 891,3 mln. manatlıq xidmət göstərilib ki, bu da ümumi xidmətlərin 73,3%-ni təşkil edir.

Bu ilin yanvar-fevral ayları ərzində hər bir ölkə sakini orta hesabla 125,4 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 6,0 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR