Parlamentdə Gəncə-Naxçıvan aviareysinin bərpa olunması təklif edilib

Parlamentdə Gəncə-Naxçıvan aviareysinin bərpa olunması təklif edilib
# 17 mart 2017 11:31 (UTC +04:00)

“Gəncə Beynəlxalq Hava Limanının potensialından maksimim istifadə olunmur”.

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı sədri, deputat Naqif Həmzəyev Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib.

Onun fikrincə, Gəncə-Naxçıvan aviareysinin bağlanması Gəncə və ətraf bölgədə turizmin inkişafında, o cümlədən burada təhsil alan tələbələrin gediş-gəlişində çətinlik yaradır.

Deputat, Beynəlxalq Hava Limanında Gəncə sözünün yerinə “Kirovabad” (KVD) yazıldığını xatırladıb, bunun aradan qaldırılmasını istəyib.

O, Gəncədə son illər görülən işləri diqqətə çatdıraraq bildirib ki, turistlərin cəlb edilməsində aviareyslərin bərpası və sayının artırılıması vacib rol oynayır, buna diqqət yetirilməlidir.

Deputat Gəncədə fəaliyyət göstərən Aqrar Universitetə məxsus olmuş, praktika məqsədilə istifadə edilmiş torpaq sahələrinin yenidən Universitetə qaytarılmasını da baş nazirdən xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR