Almaniya millisi Azərbaycanla oyun üçün heyətini açıqlayıb

Almaniya millisi Azərbaycanla oyun üçün heyətini açıqlayıb
# 17 mart 2017 12:07 (UTC +04:00)

Almaniya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bundestimin baş məşqçisi Yoahim Löv martda keçiriləcək qarşılaşmalar üçün heyəti müəyyənləşdirib.

Təcrübəli mütəxəssis martın 22-də İngiltərə ilə yoldaşlıq, 26-da Azərbaycanla seçmə oyunlarına 24 futbolçu dəvət edib.

Lukas Podolski üçün İngiltərə ilə görüş millidə vida matçı olacaq. Bu üzdən də hücumçu Bakıya gələn heyətdən çıxarılacaq.

Qapıçılar: Manuel Noyer (“Bavariya”), Mark-Andre ter Ştegen (“Barselona”, İspaniya), Bernd Leno (“Bayer”)

Müdafiəçilər: Mats Hummels, Coşua Kimmix (hər ikisi “Bavariya”), Yonas Hektor (“Köln”), Benedikt Hövedes (“Şalke”), Şkodran Mustafi (“Arsenal”, İngiltərə), Antonio Rüdiger (“Roma”, İtaliya), Niklas Süle, Sebastian Rudi (hər ikisi “Hoffenhaym”)

Yarımmüdafiəçilər: Yulian Brandt (“Bayer”), Əmrə Can (“Liverpul”, İngiltərə), Yulian Draksler (PSJ, Fransa), Sami Xedira (“Yuventus”, İtaliya), Toni Kroos (“Real”, İspaniya), Məsut Özil (“Arsenal”, İngiltərə), Andre Şürrle, Yulian Vayql (hər ikisi “Borussiya”, Dortmund)

Hücumçular: Mario Qomes (“Volfsburq”), Tomas Müller (“Bavariya”), Leroy Sane (“Mançester Siti”, İngiltərə), Lukas Podolski (“Qalatasaray”, Türkiyə), Timo Verner (“Leyptsiq”)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR