MDB məkanında ümumi əmək bazarının formalaşdırılması konsepsiyası hazırlanır

MDB məkanında ümumi əmək bazarının formalaşdırılması konsepsiyası hazırlanır
# 17 mart 2017 12:27 (UTC +04:00)

Rusiya paytaxtında MDB ölkələri İqtisadi Şurasının 73-cü iclası keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iclasda Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

İclas iştirakçıları MDB ölkələrinin innovasiya sahəsində əməkdaşlığa dair Dövlətlərarası Proqram (2020-ci ilədək) ilə bağlı məsələləri, o cümlədən bu proqramın 2017-2020-ci illərdə icrasına dair Kompleks tədbirlər layihəsini nəzərdən keçiriblər.

Bundan başqa, MDB ölkələrində ümumi əmək bazarının mərhələlərlə formalaşdırılması və işçi qüvvəsi miqrasiyasının tənzimlənməsi Konsepsiyasının layihəsi də ətraflı müzakirə olunub.

İqtisadi Şuranın üzvləri MDB-də toxumçuluq məsələlərinə dair Hökumətlərarası Əlaqələndirmə Şurasının fəaliyyəti, Birlik ərazisində beynəlxalq avtomobil yollarına dair Protokolun icrasının gedişi ilə tanış olublar.

İclasda bir sıra büdcə-maliyyə məsələləri nəzərdən keçirilib.

MDB İqtisadi Şurasının növbəti iclasının bu il iyunun 16-da Moskvada keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR